Gürcüstanda qapalı ictimai məkanlarda və nəqliyyat vasitələrində tibbi maska taxmayanlar 20 lari (11 manat 50 qəpik) cərimələnəcək.
Unikal.org
xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yeni qaydalara əsasən xaricdən qayıtdıqdan sonra fərdi karantin rejiminə riayət etməyən fiziki şəxslər, həmçinin kütləvi toy, ad günü və digər mərasim keçirən şəxslər 2000 lari (1152.54 manat), hüquqi şəxslər isə 10 000 lari (5762.71 manat) cərimələnəcək.