İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 65 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 33 964 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində 280 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 235 278 nəfər təşkil edib.