Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 19 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda39361 şübhəli koronavirus testindən keçib, onlardan 989-nun  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4711 nəfər ölüb, 171121 nəfər bu infeksiyaya yoluxub, 141380 nəfəri isə müalicə olunub.

Nazir bildirib ki, intensiv terapiyada olan xəstə sayı azalıb, evə buraxılan xəstə sayı isə artıb. Bu gün 3411  xəstə sağalaraq evə buraxılıb.