Gürcüstanda koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb.

 Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 818-ə çatıb. Onların 686-sı müalicə olunaraq sağalıb, 13-ü isə ölüb.

Hazırda ölkə üzrə karantində 2 902, stasionar nəzarətdə isə 249 nəfər saxlanılır.