Çində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyası dünyada tüğyan etməyə davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə virusla bağlı Ukrayna Prezidenti Vladimr Zelenski maraqlı açıqlama verib. O, bildirib ki, ölkə əhalisini koronavirusun ciddiyyətinə inandırmaq üçün pandemiyaya yoluxmaq istəyib:
"Ailəmə koronavirusa yoluxmaq istədiyimi dedim, lakin onlar buna icazə vermədilər."
Zelenskinin sözlərinə görə, karantin qaydalarının yumşaldılmasına baxmayaraq, "Covid-19" təhlükəsi hələ də mövcuddur.