Sərt karantin rejimi dövründə sosial şəbəkələrdə Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində avtomobilinin təhlükəli manevr etməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanıb.
Bu barədə Unikal.org-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O qeyd edib ki, avtomobilin yeri Bakı şəhər üzrə kameralar vasitəsi ilə müəyyən edilib: "Avtomobilin sahibi və yeri məlumdur. Onun saxlanması istiqamətində işlər aparılır".