Dünyada yeni növ koronavirusa yoluxanların sayı artaraq 8 milyon 700 min 50 nəfərə çatıb.

Unikal.org  "Worldometers"-ə istinadən xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 460 min 648 nəfərdir. İndiyədək 4 milyon 585 min 341 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.