Özbəkistanda son sutkada COVID-19-a 170 nəfər yoluxub.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, yoluxanların sayı 6 025 nəfərə çatıb, 3 227 nəfər müalicə alaraq sağalıb. Ölkə üzrə 19 nəfər virusun qurbanı olub.
Bir müddət əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirmişdi ki, koronavirusla bağlı vəziyyət çox mürəkkəb xarakter alır, pandemiyaya qarşı mübarizədə sayıq olmaq lazımdır.