İndoneziyanın qərb hissəsində Zond körfəzində gəminin batması nəticəsində 10 nəfər itkin düşüb.
Unikal.org xəbər verir ki, bu barədə “Sinhua” agentliyi xilasedicilərə istinadən bildirir.
Məlumata əsasən, gəmidə 16 nəfər olub, altı nəfər xilas edilib.
Gəmini güclü dalğaların aşırdığı ehtimal olunur.