Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sakinlərə xəbərdarlıq edib.
Unikal.org BŞİH-dən verilən məlumata əsasən xəbər verir ki, bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.