Rusiyanın yüksək vəzifəli şəxslər üçün istehsal edilən “Aurus Senat”  limuzininin nümunələrindən biri Bakı küçələrində görünüb.

Unikal.org avtomobilin kimə aid olduğunu müəyyənləşdirib. Fərdi müştərilərə hələ satılmayan 90 MC 002 dövlət qeydiyyat nişanlı avtomobil Rusiyada yaşayan azərbaycanlı milyarder Rəhimov İlham Məmmədhəsən oğlunun adına rəsmiləşdirilib.

Qeyd edək ki, “Aurus” Rusiyada hakimiyyətin yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş modeldir və “Putinin limuzini” kimi tanınır.  Artıq Rusiya prezidenti vahid nümunədə yığılmış zirehli  “Aurus Senat Limousine” xidməti avtomobilindən istifadə edir.

Famil Fərhadoğlu