"Bu gün bizim bütün hərbi hissələrimizin öz təlim mərkəzi, trenajor zalları var. Yəni hərbi hissənin daxilində hərbçilərimiz öz döyüş hazırlıqlarını davam etdirirlər. Bununla bağlı heç bir problem yoxdur".
Unikal.org xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Real" tv-yə müsahibəsində deyib.
"Pandemiya şəraitini nəzərə alaraq bəzi tədbirlər planında düzəlişlər etmişik. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyyələrini yerinə yetiririk. Amma pandemiya şəraiti bu gün Azərbaycan Ordusunun döyüş hazırlığına təsir göstərmir. Təlimlərimiz davam edir, necə deyərlər, tanklarımız, toplarımız atır, təyyarələrimiz uçur", - Müdafiə naziri bildirib.