Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı. 

Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, iyunun 22-si səhərədək əsasən şimal və qərb rayonlarında hava şəraiti qeyri-sabit olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Xınalıq, Şahdağ, Balakən, Qəbələ, Yevlax, Cəfərxan, Kişçayda şimşək çaxıb, yağış yağıb.

Düşən yağışın miqdarı Gədəbəydə 16 mm, Xınalıqda 10 mm, Kişçay (Şəki), Daşkəsəndə 8 mm, Şahdağ, Sarıbaşda (Qax) 7 mm, Zaqatala, Qrızda 6 mm, Sabirabadda 4 mm, Şəki, Ordubadda 3 mm, Lerikdə 2 mm, Naxçıvan, Göygöl, Gəncə, Balakən, Qəbələ, İsmayıllı, Xaltan, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Bakı, Zabrat, Maştağada 1 mm olub.

İyunun 21-də Zaqatala rayonunun Yuxarı Tala kəndinə saat 18:00 radələrində, Gədəbəy rayonunun Arıxdam, Marif, Qaradağ kəndlərinə saat 14:43-15:05 radələrində, Qəbələyə saat 18:55-19:00 radələrində xırda dənəli dolu düşüb.

Şimal küləyi arabir Daşkəsəndə 25 m/s, Gəncə, Naftalanda 24 m/s, Ağstafada 22 m/s, Göygöl, Şabran, Tərtərdə 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 15-20 m/s, arabir 28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.

Temperatur iqlim normasından 4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, aran rayonlarında 32-39, dağlıq rayonlarda 24-27, Naxçıvan MR-da 29-36 dərəcə isti olub.