Sabiq millət vəkili Mirzəcan Xəlilov koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, M.Xəlilovun COVID 19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb. Qeyd edək ki, o, Tibb Universitetinin Müalicə klinikasına yerləşdirilib.

Xatırladaq ki, M.Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı olub.

Orxan Həsənov