Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Doluxanov vəfat edib.

Unikal.org xəbər verir ki, A. Doluxanov 69 yaşında dünyasını dəyişib.

2002-ci ildən BDU-da çalışan A.Doluxanov 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, A.Doluxanov 2005-2011-ci illərdə Xankəndi Dairə Seçki Komissiyasının sədri olub.