Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun axtarışları başa çatıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, A.Usubovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.