Siyasi partiyalar pullanacaq
12:33 01-12-2012
İQTİSADİYYAT
Siyasi partiyalar pullanacaq
Rəfail Becanov: "Böyük partiya hesab edilən siyasi qurumların dövlət maliyyələşməsindən kənarda qalması yaxşı hal deyil"
Məlum olduğu kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin zəruriliyi barədə çoxdan idi ki, ölkə mətbuatında müzakirələr gedirdi. 3-cü ilin dövlət büdcəsini qəbul edib. Qanuna görə, siyasi partiyalar gələn il büdcədən 2,5 milyon manat alacaq.
Həm ekspertlər, həm də elə siyasətçilərin özü bunu daha çox iki amillə əlaqələndirirdilər. Birinci və ən mühüm amil ölkədə çoxpartiyalı sistemin möhkəmləndirilməsində dövlətin marağının ifadəsi kimi xarakterizə edilirdi.
İkinci mühüm amil isə, ölkə qanunvericiliyinə görə, ölkədə fəaliyyət göstərən siyasi qurumlar xarici mənbələrdən maliyyələşməməlidir. Təbii ki, xarici mənbələrdən maliyyələşən siyasi partiya istər-istəməz bu yardımın girovuna çevrilib xarici dairələrin əlində müti alətə çevriləcək.
Bu baxımdan yanaşanda Azərbaycanın ən yaxın tarixində bu cür xoşagəlməz "əməkdaşlıqlar" ara-sıra qeydə alınıb.
Amma məsələ ictimai müzakirəyə çıxarılanda ümumi fikir bundan ibarət idi ki, müəyyən kriteriyalar əsasında bütün partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Zaman və gerçəklik isə başqa bir gerçəkliyi təsbit etdi: yalnız parlamentdə təmsil edilmiş siyasi qurumlar dövlət dəstəyi ala biləcək.
Beləliklə, dünən, yəni noyabrın 30-da Milli Məclis 2013-cü ilin dövlət büdcəsini qəbul edib. Qanuna görə, siyasi partiyalar gələn il büdcədən 2,5 milyon manat alacaq.
"Siyasi partiyalar haqqında" qanuna əsasən, vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.
Rəsmi məlumata əsasən, 2010-cu ildə keçirilmiş son parlament seçkisində namizədlər irəli sürmüş, lakin Milli Məclisdən kənarda qalmış partiyalardan heç biri səslərin 3 faizini toplamayıb. Həmin partiyaların içində Müsavat, Klassik Xalq Cəbhəsi, Milli İstiqlal, Xalq Cəbhəsi, Demokrat, Liberal, Aydınlar, Sosial Demokrat partiyaları da var.
Beləliklə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi - 250 min manat istifadəsiz qalmalıdır.
Vəsaitin 40 faizi (1 milyon manat) MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər paylanır. "Media forum" saytının məlumatına görə, Milli Məclisdə 11 siyasi partiya təmsil olunur və onların hər birinə təqribən 90 min 900 manat düşür:
Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Ümid Partiyası,
Yeni Azərbaycan Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası.
Deputatların sayına görə mənzərə belədir:
Yeni Azərbaycan Partiyası - 70 deputat, Vətəndaş Həmrəyliyi Partiyası - 3, Ana Vətən Partiyası - 2, Böyük Quruluş Partiyası - 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1, Demokratik İslahatlar Partiyası - 1, Ədalət Partiyası - 1, Sosial Rifah Partiyası - 1, Ümid Partiyası - 1
Vətəndaş Birliyi Partiyası - 1, Milli Dirçəliş Hərəkatı Partiyası - 1.
Vəsaitin 50 faizi (1 milyon 250 min manat) seçilmiş deputatlarının sayına proporsional olaraq bölünəcək.
QHT Əməkdaşlıq Alyansının həmsədri Rəfail Becanovun sözlərinə görə, "İstər dövlət rəsmilərinin, istərsə də müxalifət qurumlarının təmsilçiləri açıqlamaları göstərir ki, perspektivdə bu qanun layihəsi yenidən nəzərdən keçirilə bilər. Güman edirəm ki, gələcəkdə daha uyğun, daha çevik və günümüzün tələblərinə cavab verən bir qanun qəbul ediləcək. Əlbəttə, böyük partiya hesab edilən siyasi qurumların dövlət maliyyələşməsindən kənarda qalması yaxşı hal deyil. Amma indiki reallıq da budur ki, Milli Məclisdə qəbul edilmiş qanun orada təmsil edilmiş partiyaların seçki baryerini keçə bilməsi əsasında işləyəcək. Güman edirəm ki, haçansa bu məsələyə yenidən baxılacaq. Bizim müşahidələrimizə görə, dövlət rəsmiləri də bu qənaətdədirlər. Ona görə də hesab edirəm ki, istər parlamentdə təmsil edilmiş siyasi qurumlar, istərsə də parlamentdən kənarda qalmış müxalifət qurumları ölkədə disbalansın yaranmasını istəməzlər. Buna görə də hesab edirəm ki, bu vəziyyətin "redaktə" edilməsi üçün dövlət səviyyəsində müəyyən addımlar atılacaq. Bu həm ölkəmiz, həm də ölkə ictimaiyyəti üçün əhəmiyyətli olacaq".
Natiq
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00