Milli Məclisin plenar iclasında Sədr Sahibə Qafarova epidemioloji vəziyyəti nəzərə alaraq gündəlik ətrafında fikir bildirməməyi təklif edib.

Unikal.org xəbər verir ki, deputatlar həmin təklifi müsbət qarşılayıb.

Beləliklə, deputatlar gündəlikdəki məsələlərə münasibət bildirməyəcək, məsələlər birbaşa səsverməyə çıxarılacaq.