Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş Naziri Kiryakos Mikotakis ilə telefonla görüşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, turizm, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Belə ki, Covid-19 ilə mübarizədə əməkdaşlıq edilə biləcək mövzuların da qiymətləndirildiyi görüşdə iki ölkə arasında rabitə kanallarının açıq olmasına razılıq verilib.