Türkiyənin məşhur serial heyətində yaşanan koronavirus panikası hər kəsi şoka saldı.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Yarım kalan aşklar” serialının “make up” ustası koronavirusa yoluxub.
Testinin nəticəsi pozitiv çıxan qrim ustası həkim nəzarətinə alınıb. Serial çəkilişlərinə yeni “make up” ustası ilə davam edir.
Qeyd edək ki, sözü gedən məşhur serialda baş rolları Dilan Çiçək Dəniz və Burak Dəniz canlandırırlar.