Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
***
13:08
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri ətaziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.