“Azərbaycanda da jurnalistlər sırasında COVID-19-a yoluxma halları var. Əvvəllər yoluxanlar arasında bircə nəfər də olsa mətbuat nümayəndəsi yox idisə, bu gün durum pisləşib”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
O bildirib ki, bu günə olan məlumata görə ölkədə 18 jurnalist koronavirusa yoluxub, onlardan biri dünyasını dəyişib.