Tarixin ən böyük əməliyyatı zamanı həbs edilənlər arasında türk “Eskobar" Nejat Daşın olduğu da ortaya çıxdı.
On ölkənin birgə əməliyyatı zamanı həbs edilənlər arasında türkiyəli “Eskobar" Nejat Daşın olduğu da aydın olub.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu illərdir ölkə ərazisində narkotik satışı ilə məşğul olan cinayətkarların izində idi. Narkotik və narkotik gəlirlərinə qarşı 9 ölkə ilə birlikdə Türkiyənin də qatıldığı və ölkə tarixinin ən böyük əməliyyatı olan “Bataqlıq əməliyyatı” sonunda arzulanan nəticəni verdi.
Tutulanlar sırasında bir polis rəisi və 2 polis məmuru olub. Əməliyyat zamanı 21 milyon TL (5 milyon AZN) dəyərində pul qızıl və zinət əşyaları, 31 ədəd tapança, 32 ədəd kompüter, mobil telefonlar, pul sayan maşınlar, 21 ədəd bahalı avtomobil, eləcə də 21 ədəd saxta “kupça” müsadirə edilib.
Qeyd edək ki, Nejat Daş beynəlxalq narkobaron kimi tanınır.