Qazaxıstanın Nazirlər Kabineti yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar iyulun 5-dən tətbiq ediləcək 14 günlük karantin rejiminin planını təqdim edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter”də bildirib.

14 günlük karantin rejiminin daha sonra uzadıla biləcəyi istisna edilmir.