Bakının  Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən alınıb.
FHN-in Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, hazırda bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir.
Hadisə zamanı 6 nəfər xəsarət alıb. Onlardan 5-i yanğınsöndürənlərdir.
Yanğının söndürülməsinə 300 nəfər və 50 texnika cəlb edilib. Alov 2,5-3 min kvadratmetr sahəni əhatə edib.  

02:05

xxx

Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.

Unikal.org xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

Əlavə məlumat veriləcək.