Koronavirusun pandemiyaya çevrilməsindən bəri ABŞ və bəzi ölkələr həm Çini, həm də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) dünyaya vaxtında xəbərdar etməməkdə günahlandırır.
Unikal.org xəbər verir ki, ÜST əvvəllər Çinin epidemiyanı ilk andan dünya ilə bölüşdüyünü iddia edib. Lakin ÜST sonradan Çinin ilk koronavirus hadisələrini vaxtında bildirmədiyini etiraf edib.
Belə ki, Təşkilat Çinin ilk dəfə koronavirusun yayılması barədə dəqiq məlumat vermədiyini, veb saytında yayımlanan “Covid-19” təqvimində kiçik bir dəyişiklikdə öyrəndiyini qeyd edib. Ümumdünya Səhiyyə Təşkilatının Çinin vaxtında xəbər etmədiyini qurumun rəsmi saytında əks etdirib. ABŞ mətbuatında yer alan xəbərlərə görə, Çin heç vaxt baş verən xəstəlik barədə ÜST-ə dəqiq məlumat verməyib və beynəlxalq səhiyyə rəsmiləri bu xəstəliklə bağlı ilk məlumatları Amerikada yayımlanan məlumatlardan öyrəndiyini bildirib.