Türkiyəli məşhur aktyor Ümid Cem Şenol "Efendi Kaptan Kurtuluş Yolu" bədii filmində Qazi Mustafa Kamal Atatürk obrazını canlandıracaq.
Unikal.org xəbər verir ki, pandemiya səbəbindən filmin çəkilişləri təxirə salınsa da, Ümid Cem Şenol obrazını yaratmaq üçün xüsusi hazırlıq işləri aparır. Çox həyəcanlı olduğunu deyən aktyor, böyük Mustafa Kamal Atatürkün obrazını canlandırmağın hər bir sənət adamına qürur hissi verdiyini söyləyib.
Yaxın günlərdə çəkilişlərin başlanacağını bildirən aktyor əlavə edib ki, məxsusi olaraq bu obrazı ifa etmək üçün 8 kq çəki atıb.