Yeməkdə noxuddan istifadə etmək onkoloji xəstəliklərin və diabetin inkişafının qarşısını alır, eləcə də sümüyün bərkiməsinə kömək edir. 

Unikal.org xəbər verir ki, bu barədə rusiyalı dietoloq, tibbi elmlər doktoru Mixail Ginzburq “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, noxudda çoxlu silisium və zülal var. 

“Bu maddələr dərinin cavanlaşması, sümüklərin, vətər və bağların bərkiməsi prosesində iştirak edən  kollagen və elastinin sintezi üçün olduqca vacibdir”, - deyə ekspert qeyd edib.

Alim bildirib ki, noxudun tərkibindəki nikotin turşusu sümüklərin aterisklerozdan qoruyur.  O, həmçinin yaşla bağlı bəzi xəstəliklərin də qarşısını alır.

“Noxud onkologiyanın profilaktikasında da faydalıdır, tərkibində çoxlu B1 vitamini olduğu üçün yaddaşa, sinir sistemi və baş beyinə müsbət təsir edir”, - deyə həkim vurğulayıb.

Ginzburq noxudun qabığının faydasından da danışıb və qeyd edib ki, o, qanda şəkərin səviyyəsini normallaşdırmağa kömək edəcək.

Bundan savayı, dietoloqun sözlərinə əsasən, noxud tərkibində çoxlu zülal olan azkolorili məhsuldur, ona görə də arıqlamaq istəyənlər üçün də faydalıdır.