İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 160 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bununla da ölkədəkoronavirusdan ölənlərin sayı 11 731 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 613 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 243 051 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 204 083 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 201 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.