İsrail hökuməti ölkədə idman zalları, bar, klub və mərasim zallarının yenidən bağlanması barədə qərar verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  qərar ölkədə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar qəbul edilib.

Bununla belə, hökumət çimərlikləri açıq saxlamaq, amma sanitar normalara əməl olunmasına nəzarəti gücləndirmək qərarı alıb.

Qeyd edək ki, ötən gün İsraildə 204 yeni yoluxma qeydə alınıb. Bu günədək ölkədə yoluxanların sayı 30 mini keçib, 332 nəfər vəfat edib.