Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.
Unikal.org xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib. Buna səbəb səhhətindəki problemlər olub.
Mərhumun nəşini dəfn etmək üçün sabah Lənkəran rayonunun Tükəvilə kəndinə aparacaqlar.
Qeyd edək ki, aprel ayının əvvəlində Canəli Əkbərovun qardaşı da Rusiyada avtomobil qəzasında həlak olmuşdu.