Bu gün daha 235 nəfər Rusiyadan Azərbaycana təxliyə olunub.
Unikal.org xəbər verir ki, bu gün Moskvanın Domodedovo hava limanında 235 Azərbaycan vətəndaşı Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Moskva-Bakı reysi ilə vətənə yola salınıb.
Yerli vaxtla saat 16.00-da Moskvadan havaya qalxan təyyarə saat 20.00-da Bakının Heydər Əliyev adına Beynəlxalq Hava limanına enəcək.