Amerikalı müğənni, fotomodel  Paris Hilton ABŞ prezidentliyinə namizəd olacağını söyləyib.

Unikal.org xəbər verir ki, sənətçi bu barədə öz "Twitter" səhifəsində elan edib.

Yayımlanan fotoşəkildə Hilton Ağ Evin oval ofisində prezident masasının üstündə uzanıb.

Sənətçinin bir çox pərəstişkarı onun açıqlamasını zarafat kimi qəbul edib və Ağ Evi çəhrayı rəngdə boyamağı məsləhət görüb.