Rumıniyada olfaktiv (qoxu) diskomfortu haqqında qanun qüvvəyə minib.
Unikal.org Agerpres-ə istinadla xəbər verir ki, artıq bu ölkədə pis iyləri yaymaq rəsmən qadağan edilib.
Bildirilir ki, qoxu diskomfortunun səviyyəsini ətraf mühitin mühafizəsinin yerli idarələri müəyyən edəcək, iylərin intensivliyi isə cari milli, eləcə də beynəlxalq standartlar üzrə ölçüləcək. Normativləri aşdığı halda, şirkətlər bağlana bilərlər və ya 16,7 min avro, fiziki şəxslər isə 6,3 min avro cərimə ödəməli olacaqlar.
Qeyd edək ki, hazırda Rumıniyada çoxları mənzilin havasını dəyişmək üçün pəncərəni deyil, bloka baxan qapını açırlar. İndən belə qonşuların şikayətinə qanunauyğun baxılacaq.