Amerikalı məşhur yazıçı Stiven Kinq “If it bleeds” (2020-ci il) kitabına daxil olan üç əsərinin ekranlaşdırılması hüququnu hər biri 1 dollardan olmaqla satıb.
Unikal.org xəbər verir ki, uşağın ölmüş qonşusu ilə dostluğundan danışılan “Mister Harriqanın telefonu” hekayəsi “Netflix”də işıq üzü görəcək. Bu əsərin ekranlaşdırılmasının prodüseri Rayan Merfi olacaq.
“Siçovullar” hekayəsinin ekranlaşdırılması hüququnu isə Ben Stiller alıb. “Çakın həyatı” novellasının isə prodüseri Darren Aronofski olacaq.