Bir çox məmurlar xarici sərmayəçiləri ölkədən necə uzaqlaşdırır?
Vəzifəli şəxslərin inhisarçı maraqlarının Azərbaycana necə zərbə vurduğu ortaya çıxdı
Bu günlərdə Dövlət Statistika Komitəsi maraqlı bir məlumat açıqladı. Həmin məlumata görə, ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin həcmi 1994-2010-cu illərdə 54,4 milyard dollar olub. Onun da 60,9 faizi neft sektorunun payına düşür. Halbuki, 2005-ci ilə qədər isə bu rəqəm 90-95 faiz təşkil edib. Ondan sonrakı illərdə isə, neft sektorunda artım dinamikasının aşağı düşməsi baş verib.
Ümumiyyətlə isə ölkəyə yatırılan xarici sərmayələrdə kəskin azalma müşahidə edilir. 2005-ci ilə qədər xarici investisyaların ümumi yatırımlarda payı 90-95 faiz təşkil edirdisə, hazırd bu rəqəm 20 faizə qədər düşüb.
Araşdırmalara görə, ölkə iqtisadiyyatına qoyulan birbaşa xarici investisiya 2005-ci ildə 4,4 milyard dollar, 2008-ci ildə 4 milyard dollara yaxın idisə, böhranın təsir etdiyi 2009-cu ildə isə bu rəqəm 2,9 milyarda düşdü. Ötən il bu nisbət inersiya ilə artıb. Böhran ili və yenə də ondan sonrakı illərdə də toplam investisiya həcminin dəyişməsi də xarici investisiyanın artma dinamikasına adekvat olmuşdur. Belə ki, böhran ili olan 2008-ci ildə toplam olaraq ölkə iqtisadiyyatına 16,2 milyard dollar investisiya cəlb olunmuşdusa, 2009-cu ildə cəmi 12,8 milyard dollar təşkil edib. Bu azalmanın neft sektorunda payı 25 faiz olub. Yəni 4 milyard dollara yaxın azalmada neft sektorunun payı 1 milyard dollar təşkil edib.
2011-ci ildə isə xarici sərmayələr 3 dəfə azalıb: "2010-cu ildə əvvəlki ilə nisbətdə 3.5 milyard manat artım olub. Həmin il ərzində xarici sərmayənin səviyyəsi 6,6 milyard manat təşkil etdiyi halda, 2011-ci ildə xarici investisiyaların səviyyəsi təxminən 3 dəfəyə qədər azalıb. Ötən il ölkəyə qoyulan xarici investisiyalar 2,2 milyard manat olub.
Bəs bütün bunlardan ortaya çıxan sonuc nədir? "Unikal"ın əməkdaşı ilə söhbətində adının çəkilməsini istəməyən iqtisadçı-ekspert xarici sərmayələrin azalmasını bəzi iri məmurların inhisarçı maraqları ilə izah edib. Onun sözlərinə görə, hər hansı xarici sərmayəçi Azərbaycanda investisiyalar yatırmaq fikrinə düşərkən onun maraq göstərdiyi sahəni monopoliyaya almış oliqarxla anlaşması vacibdir: "Əvvəla bunun özü kifayətdir ki, həmin xarici sərmayəçi şələ-küləsini götürüb ölkədən getsin. Çünki o belə bir şərtlə işləməyə öyrəşməyib. İkincisi, hətta həmin sahənin monopolisti ilə bir araya gəlməyə razılıq versə belə, şərtlər o qədər ağırdır ki, sözügedən xarici sərmayəçi sonunda fikrindən vaz keçməli olsun".
"Unikal"ın araşdırmaları onu da göstərir ki, investisiyanın azalmasını şərtləndirən amillərdən biri ölkədə korrupsiya piramidasının mövcudluğudur. Həmçinin, mülkiyyət toxunulmazlığından yaranan problemlər də bu sahəyə mənfi təsir göstərir. Bütün bunlar isə son nəticədə ona gətirib çıxarır ki, xarici investorlar Azərbaycan iqtisadiyyatına yatırımlar qoymaqdan imtina etsinlər. Hətta Azərbaycanın özünün yerli investorları belə, artıq öz bizneslərini xeyli müddətdir ki, Türkiyədə, Orta Asiya ölkələrində və Rusiyada qurmağa üstünlük verirlər.
Buradan hansı qənaətə gəlirik? Deməli, artıq Azərbaycanda bəzi iri məmurların oliqarxlaşmasına "qırmızı işıq" yandırmaq vaxtı çatı. Əks halda onların ucbatından Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi məsələsi get-gedə daha da çətinləşəcək.
Nəticədə bəzi iri məmurlar "qaz vurub qazan dolduracaqlar" bəlkə də. Amma ümumilikdə itirən iqtisadiyyatımız olacaq.
Bu, artıq rəsmi statistikaların da həqiqət olduğundan xəbər verən reallıqdır.
Həsən Əli
Digər Xəbərlər
2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40

2025-02-27 17:29:09

2025-02-27 17:16:34

2025-02-27 17:04:38

2025-02-27 16:32:32

2025-02-27 14:53:50

2025-02-27 14:52:52

2025-02-27 13:23:33
