MDB gücünü itirdi
11:47 06-12-2012
SİYASƏT
MDB gücünü itirdi
Azərbaycan GUAM-a daha çox üstünlük verir
Azərbaycan Prezidenti İlham Əliyev MBD-yə üzv ölkələrin Aşqabadda keçirilən zirvə toplantısına getməyib. Modern.az-ın məlumatına görə, ölkəmizi Aşqabad toplantısında Baş nazir Artur Rasizadə təmsil edəcək.
Qeyd edək ki, MDB xarici işlər nazirlərinin dünən keçirilən toplantısına xarici işlər naziri Elmar Məmmədyarov da qatılmayıb.
Aşqabadda sammit iştirakçılarının 20-dək məsələni müzakirə edəcəyi gözlənilir. Həmçinin Türkmənistanın təşəbbüsü ilə MDB-yə üzv ölkələrin hərtərəfli əməkdaşlığının inkişafı ilə bağlı bəyannamənin qəbul olunacağı bildirilir. Toplantıda 2013-cü il üçün MDB-yə sədrlik Belarusa keçəcək.Maraqlıdır, Azərbaycan prezidentinin bu toplantıya qatılmaması hansı məqamlarla bağlı ola bilər? Ekspertlər bildirir ki, ümumiyyətlə məsələyə yanaşanda bəzi detallara xüsusi önəm vermək lazımdır. Bunlar nədən ibarətdir? İlk növbədə bu nəzərə alınmalıdır ki, MDB adlı qrum faktiki fəaliyyətsizdir və bu günə qədər qəbul etdiyi qərarların heç bir siyasi mənası yoxdur. Hətta iş o yerə çatıb ki, MDB Təhlükəsizlik Müqaviləsi Təşkilatının yanında da diqqəti cəlb etmir. Belə olan halda MDB-in hansısa toplantılarına xüsusi önəm vermək o qədər də ciddiyə alınmaz. Başqa bir məqam isə ondan ibarətdir ki, Azərbaycan son 15 ildə MDB ilə yox, daha çox GUAM çərçivəsində fəaliyyət göstərməyə maraqlıdır və bunun müsbət nəticələrini dəfələrlə görmüşük. Ekspertlər buna görə hesab edir ki, Azərbaycanın hazırda tutduğu mövqe daha normal mövqedir və Azərbaycanın maraqlarına cavab verir. Bundan başqa ortada bir nüansda var ki, bunu nəzərə almaq lazımdır. Hazırda Rusiyada bilir ki, MDB maraqlara cavab vermir və Rusiya bu yolla digər dövlətlərə təzyiq göstərə bilmir. Bunun üçün isə daha optimal yollar axtarılmaqdadır. Bu axtarışın müəllifi isə prezident Vladimir Putin oldu. Belə ki, o hazırda iki məsələyə xüsusi önəm verir. Bunlardan biri Avrasiya İttifaqının yaradılması, digəri isə bunun tərkib hissəsi olan Ümumi Gömürük Birliyinin təsis edilməsidir. Bu qrumlar isə faktiki olaraq sovetlər birliyinin təsis edilməsi deməkdir. Ekspertlər də bildirir ki, MDB-in son toplantısında da əsasən bu məsələlər müzakirə olunacaqdı. Azərbaycan prezidenti isə belə bir toplantıya qatılmamaqla bir daha sübut etdi ki, imperiya ovqatlı təşkilatların yaradılmasında iştirak etmək niyyətində deyil. Ekspertlər bunu da bildirir ki, Azərbaycanın son zamanlar bu istiqamətdə apardığı siyasət həqiqətən təqdirəlayiqdir və Azərbaycanın strateji maraqları təmin olunur. Adi bir fakta baxaq. Azərbaycan Ümumi Gömürük İttifaqına qoşularsa Ermənistanla azad iqtisadi zonada yaratmalıdır. Bu isə Ermənistanın nəinki embarqodan xilas olması deməkdir, həm də o deməkdir ki, Ermənistan Azərbaycan bazarına daxil ola biləcək. Belə bir güzəştə getmək isə Azərbaycanın nəinki iqtisadi maraqlarına zərbədir, həmçinin dağlıq Qarabağ məsələsində Ermənistanın əlavə üstünlüklərə nail olmasıdır. Ekspertlər hesab edir ki, Azərbaycan hələ ki, bu məsələlərdə öz maraqlarını qoruyur və buna görə Rusiyanın ciddi basqıları ilə üz-üzədir. Müşahidəçilər vurğulayır ki, bundan sonra təzyiqlər daha da çox arta bilər. Amma qeyd olunur ki, Azərbaycan bəzi məsələlərdə ortaq mövqe sərgiləməyə də hazırdır və Qəbələ RLS ilə bağlı razılaşmaya yaxın olmağımızda bunun təsdiqidir. Başqa bir əsas nüans isə budur ki, Gürcüstanda hökümət dəyişəndən sonra belə bir ovqat yarandı ki, Gürcüstan-Rusiya münasibətləri istiləşəcək və nəticədə Azərbaycan meydanda təklənəcək. Amma Gürcüstan baş nazirinin açıqlamaları göstərdi ki, Gürcüstan mövqeyindən əl çəkmək niyyətində deyil və bu məsələlərdə Azərbaycanla eyni siyasi xətt yürüdəcək.
Beləliklə aydın olur ki, Azərbaycanın MDB sammitində aktiv iştirak etməməsinin kifayət qədər ciddi səbəbləri var və təhlilçilər hesab edir ki, indiki həssas məqamda Azərbaycan dövlət maraqlarını nə qədər qorumağa çalışarsa Rusiyada bir o qədər prinsiplərin pozulmasına cəhd edəcək. Bu baxımdan talış, ləzgi separatçılığının qabardılması, RATİ adlı təşkilatın yaradılması örnək ola bilər. Ekspertlər hesab edir ki, Rusiya bu formalı təzyiqlərdən bir nəticə əldə edə bilməsə, hərbi təxribat xarakterli addımlarada əl ata bilər. Bu baxımdan Azərbaycanla sərhəddə ordu yerləşdirmələri təsadüfi hesab edilmir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53