Xalq artisti Emin Ağalarov “Instagram” hesabında son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotolarını paylaşıb.
Unikal.org xəbər verir ki, Emin Ağalarov paylaşımında Ermənistana təcavüzkar siyasətindən əl çəkməklə bağlı çağırış edib:
"Əziz izləyicilər, Azərbaycan ilə Ermənistan sərhədində münaqişənin kəskinləşməsi ilə əlaqədar vətənini sevən və xalqını dəyərləndirən hər kəs öz vətəndaş mövqeyini və dəstəyini bildirməlidir.
Ermənistanı Cənubi Qafqaz bölgəsində sülh və sabitliyi təmin etmək üçün Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırırıq.
Hər kəsə yalnız sülh arzulayırıq və həlak olan bütün şəhid və qəhrəmanların ailələrinə başsağlığı veririk.
Ölkəsinə və əslinə hörmət və böyük sevgi ilə, Emin Ağalarov".