Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili millət vəkilləri Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli ilə birlikdə II Fəxri Xiyabanda şəhid general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət ediblər.

Bu barədə Unikal.org-a Tahir Mirkişili açıqlamasında bildirib.

“Sumqayıtdan Milli Məclisə seçilən həmkarlarım ilə (Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli) II Fəxri Xiyabanda şəhid general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət etdik. Onların xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. 

Öz qəhrəmanlığı ilə tarix yazan bu insanlar Azərbaycan xalqının mübarizə əzmini, öz torpağının işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, heç bir şəhidimizin qanı yerdə qalmayıb və qalmayacaq! Biz öz tariximizlə və bu tarixi yazan qəhrəmanlarımızla fəxr edirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!” – deyə komitə sədri qeyd edib.

Nigar Orucova