Bakıda dələduzluq hadisəsi qeydə alınıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini V.Hümbətovun 8 500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini İ.Yaqubov saxlanılıb.