Bakı sakinində silah-sursat aşkarlanıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Vəliyevin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.