Yol qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Şahin Mirzəyev son mənzilə yola salınıb.
Unikal.org xəbər verir ki, mərhum Cəlilabad rayonunda, Göytəpə şəhər qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.