Ukraynanın Luçk şəhərində avtobusda 20-yə yaxın şəxsi girov götürmüş cinayətkar saxlanılıb.

Bu barədə Unikal.org xarici mətbuata istinadən xəbər verir.  

Qeyd edək ki, hadisə bu gün səhər baş verib. Luçk şəhərində silahlı şəxs avtobusda 20-yə yaxın mülki şəxsi girov götürüb. Bildirilirdi ki, onda silah və partlayıcı maddə var. Ölkə polisi hadisə ilə bağlı "Girov əməliyyatına başlayıb.

Cinayətkar bir neçə saat əvvəl girov götürdüyü şəxslərdən 3-ünü sərbəst buraxıb.