"İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir".
Unikal.org xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir: "Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil".