ABŞ Çinin Uxan şəhərindəki konsulluğunun işini bərpa etməyi planlaşdırmır.
Unikal.org “Associated press”ə istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasından bildiriblər.
“ABŞ bildirib ki, Çində koronavirusun tüğyan etdiyi vaxtda - yanvarın sonunda Uxan şəhərində bağladığı konsulluğu yenidən açmayacaq”, məlumatda bildirilib.
Uxan koronavirusun mənbəyi sayılır.
Qeyd edək ki, iyulun 22-də rəsmi Vaşinqtonun ABŞ-ın Hyuston şəhərində yerləşən Çin Baş Konsulluğunun bağlanmasını tələb edilməsi barədə məlumat yayılıb.