Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuş Emin Əmrullayevi nazirliyin kollektivinə təqdim edib.
Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Fərəh Əliyeva son illərdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.
Emin Əmrullayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.
Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, təhsildə islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə olunması üçün əlindən gələni edəcəyini bildirib.
***
11:21
Yeni Təhsil naziri Emin Əmrullayev kollektivə təqdim olunub.
Unikal.org xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb.
Qeyd olunub ki, naziri kollektivə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.