Cənubi Koreyada alimlər plastik yeyən böcəklər tapıblar.
Unikal.org xəbər verir ki, bu barədə “American Society For Microbiology” yazır.
“Plesiophthophthalmus davidis” böcəyi Mərkəzi Asiyada yaşayır. Onun bağırsağında polistirolu parçalayan Serratiya cinsindən olan bakteriyalar var.
Mütəxəssislər kimyəvi mühəndislik departamentində böcəyin sürfələri üzərində təcrübə aparıblar.
Məlum olub ki, böcək polistirol yeyən zaman bağırsağında Serratiya bakteriyalarının sayı ümumi mikrofloranın 33%-i təşkil edir.
Böcəklərin polistirolu tamamilə biodeqradasiyaya məruz qoya biləcəkləri ehtimal olunur. Ona görə də onlardan plastik tullantılarla mübarizədə istifadə oluna bilər.