“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq”.
Unikal.org xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun inflyasiya proqnozu dəyişməyib.
E.Rüstəmov Azərbaycanın valyuta ehtiyatları barədə də danışıb və bu rəqəmin 51 milyard ABŞ dollarını keçdiyini deyib.