Xəbər verdiyimiz kimi, iyulun 28-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sədrliyi ilə onlayn müşavirə keçirilib.
İcra hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, onlayn müşavirədə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, “Qaradağ rayonunda COVİD-19 koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə” 19 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargah üzvləri və Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri iştirak ediblər.
Onlayn müşavirədə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar rayonun müxtəlif ərazilərində gündəlik keçirilən reydlərdən, COVID – 19 koronovirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin (onların ailə üzvlərinin) evdən bayıra çıxmamasına nəzarətdən danışılıb.
Bildirilib ki, rayonun bütün qəsəbələrində xəbərdarlıq elanları vurulub. Elanlarda COVID – 19 koronovirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin (onların ailə üzvlərinin) nəzərinə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ciddi karantin rejimini və qaydaları pozaraq evlərini tərk etdikləri halda Cinayət Məcəlləsinin 139.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcək və iki min beş yüz manatdan beş min manatadək (2 500 – 5 000) miqdarda cərimə və ya üç (3) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcək. Bu kateqoriya vətəndaşlardan xahiş edilib ki, qanunlara riayət etsinlər.
Qaradağ rayonunda COVİD-19 koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargahının nəzdində fəaliyyət göstərən məlumat mərkəzin könüllüləri evdə müalicə alan şəxslərlə telefon əlaqəsi saxlayaraq, onlara müvafiq izahatlar vermiş və mövcud qanunvericiliyə uyğun olaraq onların yaşayış yerlərini tərk etməmələri barədə ətraflı izahat veriblər.
Rayon ərazisində baş vermiş bütün hadisələr haqqında dərhal Qaradağ Rayon İcra Hakimiyyətində Koronavirusla Mübarizə Qərargahana məlumat verilir.