"Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasına imkan vermir"
13:52 08-12-2012
İQTİSADİYYAT
"Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasına imkan vermir"
Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi yenidən gündəmə gəlib. Tərəflər sərhədlərin açılması istiqamətində rəsmi danışlara getməsələr də, gizli təmasların aparıldığı bildirilir. Xüsusən də Ermənistan düşdüyü ağır iqtisadi böhrandan xilas olmaq üçün Türkiyə üzərindən Avropa bazarına çıxmaq üçün sərhədlərin açılmasında maraqlıdır.
Bölgədə hegemonluğu əldən vermək istəməyən rəsmi Kremlin də bu məsələyə müdaxilə etməsi danılmazdır. Bir sıra müşahidəçilərin fikrincə, Ermənistanı öz diqtəsində saxlamaq istəyən Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasında qətiyyən maraqlı deyil. Çünki 70 milyonluq Türkiyənin qarşısında 3 milyonluq Ermənistanın davam gətirə biləcəyi sual altındadır.
Sərhəd açılarsa Rusiyanın bu for-postu ciddi deformasiyalara uğrayacağı şübhəsizdir.
Politoloq Elxan Şahinoğlu Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı son durumu, eləcə də Rusiyanın bu barədə mövqeyini şərh edib. Politoloqun fikrincə, Türkiyə və Ermənistan arasında quru sərhədlərinin açılmamasında əsl reallıq göndüyü kimi deyil, bu, birbaşa Kremllə bağlı məsələdir.
"Rusiya Türkiyə-Ermənistan sərhədinin qapalı qalmasında maraqlıdır. Əgər sərhəd açılsa, Ermənistanla Türkiyə gediş-gəlişi də arta bilər, bu ölkələr ciddiləşə bilər. Gələcəkdə də Rusiya ondan qorxur ki, Qarabağ münaqişəsinin həllində irəliləyiş olsa, Ermənistan Azərbaycanla kommunikasiya xəttlərini açacaq. Bu gələcəksə Rusiyanın bölgədən çıxmasına gətirib çıxara bilər. Sərhəd açılarsa Ermənistanın Türkiyədən, o cümlədən Azərbaycandan asılılığı arta bilər. Həmçinin Ermənistan bu yolla Avropaya çıxış qazana bilər. Rusiya maraqlı deyil ki, sərhəd açılsın. Amma inanmıram ki, Türkiyə hökuməti Azərbaycanın maraqlarını nəzərə almadan belə bir addım atsın. Türkiyənin baş naziri Bakıda çox açıq şəkildə vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan sərhədlər də açılmayacaq, diplomatik münasibətlər də qurulmayacaq. Amma buna baxmayaraq müəyyən təmas, fikir mübadilələri ola bilər", - deyə politoloq son durumu şərh edib.
Politoloqun fikrincə, Ermənistan bu istiqamətdə siyasi iradə ortaya qoymalıdır: "Ermənistanın Gürcüstanda birbaşa əlaqəsi yoxdur. Ermənistana Rusiya üzərindən gələn mallar baha başa gəldiyindən onlar da sərhədin açılmasına səy göstərirlər. Bu baxımdan sərhəd açılarsa Ermənistan Türkiyə üzərindən Avropa bazarına çıxış əldə edəcək. Bütün bu məsələlərin həlli üçün Ermənistanda gərək siyasi iradə ortaya qoysun. Dağlıq Qarabağ ərtafındakı rayonları boşaldılması kimi ilkin addımlar atılmalıdır ki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin nizamlanma mərhələsinə qədəm qoysun. Bu olmadıqca sərhədlərin açılmasında söhbət belə gedə bilməz".
Anar
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00